Bazar, 19 May

"Əfqanıstanda 7 milyard dollarlıq hərbi texnika qalıb" - ABŞ

image

ABŞ Müdafiə Nazirliyi 2021-ci ilin avqustunda qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra ölkədə 7 milyard dollardan çox hərbi texnikanın qaldığını açıqlayıb.

Xəbər verilir ki, ABŞ Konqresi tərəfindən təsdiqlənən yeni hesabata əsasən,16 ildir Əfqanıstanda hakim mövqedə olan ABŞ qüvvələrinin ölkədə buraxdığı hərbi texnikanın Taliban qüvvələrinin nəzarətində olduğu bildirilib. 

Hesabatda bildirilir ki, ABŞ Müdafiə Nazirliyinin avadanlığı “götürmək və ya məhv etmək” üçün Əfqanıstana qayıtmaq planları yoxdur. Məlumata görə, ABŞ 2005-ci ildən 2021-ci ilin avqustuna qədər Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə (ANDSF) ümumi dəyəri 18,6 milyard dollar olan avadanlıq verib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41